“Ərim xərçəngdən öldü”


Kriminal 01 May 2018 15:33:00 314 0

“Ərim xərçəngdən öldü”

Azərbaycanı "Eurovision 2018" mahnı müsabiqəsində təmsil edən Aysel Məmmədova (Aisel) wiwibloggs.com-a müsahibə verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı müğənni şəxsi həyatı barədə maraqlı məqamlara toxunub və həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib:  "Bu, mənim həyatımın kədərli bir hekayəsidir. O, musiqiçi və pianoçu idi. Ərim xərçəngdən vəfat etdi. Ancaq, həqiqətən də, o, mənim həyatıma böyük, müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi".