Fuad Muradov yeni vəzifəsində ilk rəsmi görüşünü keçirib


Siyasət 01 May 2018 15:02:00 284 0

Fuad Muradov yeni vəzifəsində ilk rəsmi görüşünü keçirib

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonun təşəbbüsü ilə bu gun Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovla görüş keçirilib.

Komitədən Son.az-a verilən məlumata görə, görüşdə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı, iki ölkə arasında əməkdaşlıq, onun perspektivləri və bu istiqamətdə diasporun verə biləcəyi töhfələr müzakirə olunub. 

Fuad Muradov yeni sədr kimi Dövlət Komitəsində dəyişikliklərə başladı Səfir Aleksandr Mişşenko Dövlət Komitəsinin sədri Fuad Muradovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Yeni işində uğurlar arzulayan səfir əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. A.Mişşenko Azərbaycandakı Ukrayna icmasının, eləcə də Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni imkanlar açıldığına əminliyini ifadə edib.

Dövlət Komitəsinin sədri Fuad Muradov isə təbrikə görə Aleksandr Mişşenkoya təşəkkür edib və əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyini bildirib. O, qeyd edib ki, Azərbaycan və Ukrayna diasporu arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi hər iki icma üçün səmərəli ola bilər.

İlkin İzzət Son.az