Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının komitə iclasında iştirak edir


Digərləri 01 May 2018 15:07:08 222 0

Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının komitə iclasında iştirak edir

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin 1-2 may tarixlərində keçirilən iclasında iştirak edir.

Bakı. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edir. Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, konfrans 1-2 may tarixlərində keçirilir. Qeyd edilir ki, BMT Baş Assambleyasının İnformasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsi kimi məsələlər daxildir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin