Səfir: "TAP Azərbaycan və İtaliya üçün əsas layihələrdən biridir"


Digərləri 01 May 2018 13:57:24 250 0

Səfir: "TAP Azərbaycan və İtaliya üçün əsas layihələrdən biridir"

Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsi Azərbaycan və İtaliya hökumətləri üçün əsas məsələlərdən biridir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Səfir bildirib ki, bu layihə bütün Avropanın maraqlarını birləşdirir:

"Çünki söhbət ölkələrin enerji təchizatı mənbələrinin diversifikasiyasından gedir. Bildiyiniz kimi, Xəzər regionundan qaz İtaliya vasitəsilə Avropanın digər ölkələrinə çatdırılacaq, ona görə biz də bu şəbəkənin inkişaf etməsində maraqlıyıq".