Rəmiş sənətçilərə söz atdı: “Onların nəyini bəyənim?” VİDEO FOTO


Şou-biznes 01 May 2018 13:35:00 299 0

Rəmiş sənətçilərə söz atdı: “Onların nəyini bəyənim?”  VİDEO  FOTO

ARB TV-nin "Səhər-Səhər" verlişinə qonaq olan xalq artisti, gitaraçı Rafiq Hüseynov (Rəmiş) maraqlı açıqlamaları ilə diqqət çəkib.

Son.az bildirir ki, Rəmiş efirdə sənəti olmayanlara sərt ismarıc göbdərib:  "Pullu oğlanların başından milyonlar səpirlər. Pullu olmaqla deyil ki... Xalqın sevimlisi olmaq başqa şeydir. Biri bahalı maşın sürür gəlir vız edir yanımdan keçir. O, ancaq maşınını, villasını göstərə bilər. O adam sənət göstərə bilmir. Birinci sənət öyrənmək lazımdır. Sən bu sənətlə televiziyada görünürsən. Sən sənətini yaxşı öyrən, sona var-dövlətindən danış. Mən dahilər görmüşəm, bunların nəyini bəyənim? Mən dünya səviyyəli sənətkarlara qulaq asıram".


Xəbərə aid foto