Könüllü qadın polis idman zalında narkotik satdığına görə tutuldu FOTO


Digərləri 01 May 2018 13:21:00 261 0

Könüllü qadın polis idman zalında narkotik satdığına görə tutuldu  FOTO

Könüllü yol polisi işləyən 36 yaşlı qadının idman zalında narkotik maddə satdığı məlum olub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, idman zalında narkotik maddə satan 36 yaşlı könüllü polis və bodibilder Ceri Ann Parry saxlanılsa da, əzələ dismorfiyasından (insanın bədəninin hər hansı bir hissəsindən və ya bütovlükdə özündən xoşu gəlməməsi) əziyyət çəkdiyinə görə sərbəst buraxılıb.

Belə ki, onun psixoloji problemləri olduğu düşünülüb və azadlığa buraxılıb. Çünki İngiltərədə könüllü olaraq yol polisi işləyən qadın öz görünüşüdən daima narazı olub və kökəlməsin deyə idman qidalarına külli miqdarda pul xərcləyib. Maaşı buna yetərsiz olan Ann daha çox pul qazanmaq üçün narkotik maddə satıb.


Xəbərə aid fotolar