Braziliyada yanan çoxmərtəbəli bina çöküb, bir nəfər ölüb - VİDEO


Dünya 01 May 2018 13:18:09 243 0

Braziliyada yanan çoxmərtəbəli bina çöküb, bir nəfər ölüb - VİDEO

Şahidlər yuxarı mərtəbədələrdə insanların qaldığını və ölənlərin sayının çox ola biləcəyini bildirirlər

Braziliyanın San Paulu şəhərində çoxmərtəbəli binada yanğın olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, binanın konstruksiyası yanğına dözməyərək çöküb.

İlkin məlumatlara görə, bir nəfər həlak olub. Şahidlər isə yuxarı mərtəbədələrdə insanların qaldığını və ölənlərin sayının çox ola biləcəyini bildirirlər.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəliblər. Olay yeri mühasirəyə alınıb.