Tramp və Kim Çen Inin görüşəcəkləri yer bəlli oldu


Dünya 01 May 2018 13:05:00 352 0

Tramp və Kim Çen Inin görüşəcəkləri yer bəlli oldu

Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya lideri Kim Çen Ini Amerika prezidenti Donald Trampla görüş üçün demilitarizasiya olunmuş zonanı seçməyə razı salıb

Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya lideri Kim Çen Ini Amerika prezidenti Donald Trampla görüş üçün demilitarizasiya olunmuş zonanı seçməyə razı salıb.

Son.az xəbər verir ki, bu barədə məlumat CNN-də yayılıb. Bildirilib ki, Şimali Koreya ilə Cənubi Koreyanı ayıran demilitarizasiya olunmuş zona yüksək səviyyəli görüş üçün uyğundur.

"Biz müxtəlif ölkələri nəzərdən keçiririk, o cümlədən Sinqapuru. Biz, həmçinin demilitarizasiya olunmuş zona barədə danışırıq", - Tramp ötən gün səhər söyləyib.