Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı


Digərləri 01 May 2018 12:40:00 309 0

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2018-ci il tarixədək 90.425.728,04 AZN, 213.577,88 ABŞ dolları, 11036,0 avro və 5000,0 rubl vəsait daxil olub.