21 yaşlı mağazaların qənimi ələ keçdi VİDEO FOTO


Kriminal 01 May 2018 12:22:00 257 0

21 yaşlı mağazaların qənimi ələ keçdi  VİDEO  FOTO

Ucarda mağazalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə dükandan oğurluq edən rayon sakini, 1997-ci il təvəllüdlü Rüstəm Qadir oğlu İbrahimov tutulub. İlkin dindirmə zamanı məlum olub ki, R.İbrahimov şəhərin 20 Yanvar küçəsində yerləşən Alim Namət oğlu Məmmədova məxsus ərzaq dükanını ayrı-ayrı vaxtlarda iki dəfə, Oğuz küçəsində yerləşən İsmayıl Həsən oğlu Əliyevə məxsus qızıl-zinət əşyaları satılan mağazanı bir dəfə qarət edib, banklardan birinin Ucar rayon filialından isə oğurluğa cəhd edib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid foto