37 yaşlı keçmiş məhkum arvadını amansızlıqla öldürdü GÖRÜNTÜLƏR


Kriminal 01 May 2018 12:17:00 260 0

37 yaşlı keçmiş məhkum arvadını amansızlıqla öldürdü  GÖRÜNTÜLƏR

“7 aylıq uşağı var idi”

Samuxda ər arvadını döyərək öldürüb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Kolayır yaşayış massivində baş verib. Əvvəllər məhkum olunmuş 37 yaşlı Ağamir Səmədov ailə münaqişəsi zəminində 35 yaşlı Ləman Səmədovaya ağır bədən xəsarətləri yetirib. Qadın yaşadığı evdən bir qədər aralıdakı bağ sahəsində dünyasını dəyişib. Zərərçəkənin atasının sözlərinə görə, ötən gün axşam saatlarında baş verən hadisədən bu gün xəbər tutublar. Eldar İbrahimov: "7 aylıq uşağı var idi. Hər gün yoldaşımla gəlirdik. Uşaq gəldi, anasını soruşdu. Dedi ki, anamla atam axşam dalaşıb". Rayonun polis və prokurorluq orqanları tərəfindən hadisəni törədən şəxs saxlanılıb. Ailənin 3 övladı var.


Xəbərə aid foto