Azərbaycan Parlamentinin iki komitəsinə yeni üzvlər seçilib


Digərləri 01 May 2018 12:06:00 193 0

Azərbaycan Parlamentinin iki komitəsinə yeni üzvlər seçilib

Azərbaycan Milli Məclisinin (MM) Gənclər və idman komitəsinə və Mədəniyyət komitəsinə yeni üzvlər seçilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinə və Mədəniyyət komitəsinə yeni üzvlər seçilib. Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov və Eldəniz Səlimovun parlamentin Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmovun isə Mədəniyyət komitəsinin üzvü seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Səsvermə ilə onlar həmin komitələrə üzv seçiliblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin