"Real Madrid bunu bacarsa finaldadır" - Zidan açıqladı


İdman 01 May 2018 11:54:00 301 0

"Real Madrid bunu bacarsa finaldadır" - Zidan açıqladı

Goal.az xəbər verir ki, Real'ın baş məşqçisi Zinəddin Zidan rəqib haqqında xoş fikirlər səsləndirib:

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk gündə Real Madrid səfərdə 2:1 hesabı ilə qalib gəldiyi Bayern Munchen'i qəbul edəcək. 

“Bayern Munich böyük klub və böyük komandadır. Düşünürəm ki, səfərdə qazanılan nəticəyə görə arxayınlaşmaq olmaz və daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Əgər bunu bacarsaq, finala adlayacağıq. Bayern Munchen bura “come back” etmək və yaxşı oyun ortaya qoymaq üçün gələcək. Biz buna imkan verməməliyik. Meydançaya qələbə düşünərək çıxmalıyıq. Tez qol vurmalıyıq. Erkən qol üçün əlimizdən gələni edəcəyik”.