Din xadimlərinə verilən maaşların məbləği açıqlandı


Digərləri 01 May 2018 11:56:22 208 0

Din xadimlərinə verilən maaşların məbləği açıqlandı

Din xadimlərinə maddi dəstək verilməsi üçün Prezident İlham Əliyev tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılıb.

Bakı. Samir Əli - Din xadimlərinə maddi dəstək verilməsi üçün Prezident İlham Əliyev tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, fond Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə dəstək alacaq din xadimlərinin siyahısını müəyyənləşdirib: "Həmin siyahıya uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin məscidlərdə təyin etdiyi mütəvəlli, imam naib və imamlar üçün açılmış bank hesablarına, karlarına maaş köçürüləcək. Fevralın axırından vəsait ayrılıb. İndi may ayıdır, amma vəsaitlər mart ayından ödəniləcək".