Yeniyetmə oğlanların qız uşağını zorladıqları VİDEO yayıldı


Dünya 01 May 2018 11:41:00 298 0

Yeniyetmə oğlanların qız uşağını zorladıqları VİDEO yayıldı

Hindistanda yaşları 18, 16 və 14 arasında dəyişən 8 gənc oğlan bir qız uşağına təcavüz edib.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, gündüz vaxtı gerçəkləşən iyrənc olayda qızın çığırtıları və yaxa qurtamaq cəhdi, təəssüf ki, heç bir işə yaramayıb.

8 gənc hələ yetkinlik yaşına yeni qədəm qoyan qız uşağını yerlə sürüyərək paltarını cırıb. Heç kimin olmadığı bir yerdə qızın çığırtısını eşidən olmayıb. Qız qurtulmaq üçün uzun müddət cəhd edib. Baş verənləri təcavüzçülərdən biri videoya çəkib. Görüntülərin ortaya çıxmasından sonra istintaqa başlayan polis 8 oğlandan 6-sını həbs edib. Mobil telefonla görüntüləri qeydə alan şəxsin kimliyi məlum deyil. O və təcavüz edənlərdən biri hələ də axtarılır.