Nazirliyin əməkdaşı rəisin otağında özünü bıçaqladı


Digərləri 01 May 2018 11:33:00 276 0

Nazirliyin əməkdaşı rəisin otağında özünü bıçaqladı

Vergilər Nazirliyinin əməkdaşı Ramiz Babayev iş yerində özünü bıçaqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə R.Babayevin şöbə rəisi ilə mübahisəsindən sonra baş verib. O, idarə rəisinin otağına gələrək şöbə müdiri tərəfindən incidildiyini və məsələ ilə bağlı ölçü götürülməsini xahiş edib. İdarə rəisi ilə də aralarında yaranan mübahisədən sonra Babayev özünə iki bıçaq zərbəsi ilə xəsarət yetirib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır və bir neçə şəxsin izahatı alınıb.