Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb


Digərləri 01 May 2018 11:27:00 287 0

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, tam orta təhsil səviyyəsi (XI sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 378 ərizə qeydiyyata alınıb.

Eksternat imtahanları 15-16 may tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 7, 8, 10, 11 may tarixlərində saat 10:00-dan 18:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.