"PAŞA Bank" kredit portfelini təqribən 40 faiz artırmaq niyyətindədir


Digərləri 01 May 2018 11:12:27 177 0

"PAŞA Bank" kredit portfelini təqribən 40 faiz artırmaq niyyətindədir

"PAŞA Bank" 2020-ci ilədək kredit portfelini 2 milyard manata çatdırmaq niyyətindədir.

Bakı. İlkin Şəfiyev - "PAŞA Bank" 2020-ci ilədək kredit portfelini 2 milyard manata çatdırmaq niyyətindədir. Trend-in məlumatına görə, bunu mətbuat konfransında bankın İdarə heyətinin sədri Taleh Kazımov deyib. O qeyd edib ki, həmin müddətə qədər aktivlərin həcmini isə 5,2 milyard manata çatdırmaq planlaşdırılır.