Maradona fikrini dəyişdi


İdman 01 May 2018 10:43:00 233 0

Maradona fikrini dəyişdi

Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I Divizionunda çıxış edən Al-Fujaira komandasının baş məşqçi postundan işini davam etdirəcək.

Goal.az xəbər verir ki, 57 yaşlı mütəxəssislə bir illik müqavilə bağlanılıb. Aprelin 28-də Maradonanın komandanı yüksək liqaya çıxara bilmədiyi üçün istefa verdiyi bildirilirdi. Lakin o, postunda qalaraq, sözləşməsinin müddətini uzadıb. 

Al-Fujaiyra Hatta komandası ilə yüksək diviziona vəsiqə uğrunda mayın 9-da və 13-də "pley-off" oyunları keçirəcək. 

Qeyd edək ki, Dieqo Maradona ötən ilin mayından Al-Fujaira'ya rəhbərlik edir. O, 2008 – 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.