Məşhur opera müğənnisi vəfat etdi


Dünya 01 May 2018 10:47:21 244 0

Məşhur opera müğənnisi vəfat etdi

SSRİ xalq artisti, Türkmənistanın tarixində ilk dəfə Avropa opera partiyalarının ifaçısı Maya Quliyeva 98 yaşında Aşqabadda vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müğənni ötən gün axşam saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.

Maya Quliyeva 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Həmin ildən Türkmənistanın Mahtumqulu adına opera və balet teatrında işləyib.