Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır (FOTO)


Digərləri 01 May 2018 10:44:00 180 0

Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır (FOTO)

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

Bakı. “Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir. QSC-dən Trend-ə verilən məlumata görə, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli yarım-yararlı materiallarla əsaslı təmiri aparılır. Təmir işlərini icra edən “Dəmiryolservis” MMC tərəfindən artıq Şirvan çeşidləmə-Şirvan mənzilinin tək yolunda və Şirvan baş stansiyasının tək yolunda 4.1 km uzunluğunda yollar əsaslı təmir edilib.