Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verəcəklər


Siyasət 01 May 2018 10:30:00 196 0

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verəcəklər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ali Seçki Komissiyasından (YSK) məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanda olan Türkiyə vətəndaşları gün ərzində səs verə biləcəklər:

"Rusiyada yaşayan Türkiyə vətəndaşları isə 16-17 iyun tarixlərində səsvermədə iştirak edəcəklər".

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.