QLED TV ilə həyatınızı təbii rənglərin ahəngi ilə canlandırın


Digərləri 01 May 2018 10:00:00 294 0

QLED TV ilə həyatınızı təbii rənglərin ahəngi ilə canlandırın

Hər birimiz təlaş içində yaşayır və daim harasa tələsirik. Çox zaman elə tələsirik ki, indi nə uzun-uzadı məktublar yazmağa, nə də  telefonla saatlarla danışmağa vaxtımız var. Hətta hisslərimizi belə qısa aforizmlər və kəlmələrlə ifadə edirik. Bizim gözləməyə vaxtımız yoxdur, bu səbəbdən də yeganə istəyimiz hər bir nemətə tam şəkildə və indi yiyələnməkdir.

Buna misal olaraq, televizor dediyimizdə, həm gözəl və zövqlü, həm "ağıllı" və funksional, həm də təsviri təbii və keyfiyyətli ifadə edən bir cihaz görmək istəyirik. Məşhur satirik və saysız aforizmlər müəllifi Qenadiy Malkinin sözləri ilə desək: "Hətta ən parlaq qadın belə televizorla rəqabət apara bilməz".

Belə ki, Samsung QLED  televizorları istənilən təsviri ekranda həyatda olduğu kimi canlı və təbii ifadə edir. Yeni Quantum Dot  texnologiyası sayəsində onlar milyardlarla incə rəng çalarını ötürməyə qadirdirlər. Burada hər bir xırda kvant nöqtəsi ayrı-ayrı rəng çalarına cavabdeh olub, işıq keçirən incə örtük yaradır. İşıq hər nöqtənin daxilindən keçərək, incə rəng  tonu yaradır. Bununla bahəm, parlaqlıqdan asılı olmayaraq təsvirin həm qaranlıq, həm də işıqlı hissələri tam aydınlıqla dəqiq ifadə olunur. Yeni texnologiyalar sayəsində siz mükəmməl ağ rəngdən dərin qara rəngə qədər bütün rəngləri tam səlis seçə biləcəksiniz.  QLED TV sizə nəyinki, ideal təsvir bəxş edir, o həm də ən incə zövqü belə oxşayacaq dizayn üslubuna malikdir.