DİQQƏT! Bu küçədə hərəkət yenidən məhdudlaşdırılır


Digərləri 01 May 2018 10:01:00 204 0

DİQQƏT! Bu küçədə hərəkət yenidən məhdudlaşdırılır

Xətai rayonu Yusif Səfərov küçəsinin, Neftçilər prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinə doğru olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan etibarən adı çəkilən ünvanda hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Bakı. Samir Əli - Xətai rayonu Yusif Səfərov küçəsinin, Neftçilər prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinə doğru olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan etibarən adı çəkilən ünvanda hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.