"Qisasçılar: Sonsuzluq savaşı" tezliklə IMAX formatında Park Cinema ekranlarında FOTO


Digərləri 01 May 2018 09:34:00 565 0

"Qisasçılar: Sonsuzluq savaşı" tezliklə IMAX formatında Park Cinema ekranlarında  FOTO

"Qisasçılar: Sonsuzluq savaşı" bütünlükdə IMAX® kamerası ilə çəkilmiş ilk Hollivud filmi oldu.

IMAX və MARVREL əməkdaşlığının 10 illiyini "Qisasçılar: Sonsuzluq savaşı" blokbasterinin nümayişi ilə qeyd edəcək.

MARVEL kino kainatının bütün personajlarının ilk dəfə olaraq bir araya toplaşdığı "QİSASÇILAR: SONSUZLUQ SAVAŞI" filmi ilk səhnədən tutmuş sonuncuya kimi bütünlüklə IMAX kamerası ilə çəkilmiş ilk bədii Hollivud filmidir. Çəkiliş zamanı ALEXA IMAX kamerasından istifadə olunmuşdur.

Tanınmış rejissorlar öz sənət əsərlərini ərsəyə gətirmək üçün artıq IMAX avadanlığından istifadə etmişlər, məsələn Kristofer Nolan, Rayan Conson, Maykl Mey və Russo qardaşları. Lakin indiyə kimi bu kamerdan istifadə qismən olmuşdur.

Park Cinema kinoteatrlarında MARVEL "QİSASÇILAR: SONSUZLUQ SAVAŞI" filmi geniş 1.9:1 nisbətində nümayiş edilərək bütün ekranda əks olunacaq. Görüntü standard kinozallardan 26% daha çox olacaq. Bu isə daha çox görüntü, maksimal dərəcədə kinoya qərq olma və unudulmaz təəssüratlar deməkdir.

FİLMİ GENİŞ FORMATDA 3 MAY 2018-DƏN ETİBARƏN PARK CİNEMA KİNOTEATRLARINDA İZLƏMƏK MÜMKÜNDÜR

"QİSASÇILAR: SONSUZLUQ SAVAŞI" filmi haqda

10 il ərzində MARVEL kainatının unikal süjetləri tədricən böyük tarix yaratmışdır. Yeni MARVEL "QİSASÇILAR: SONSUZLUQ SAVAŞI" filmində izləyicləri zamanların ən həlledici və möhtəşəm toqquşması gözləyir. İlk dəfə Qisasçılar komandası, Qalaktika qoruyucuları, Hörümcək Adam və digər super qəhrəmanlar böyük ekranda toplaşacaq. Müttəfiqlər Kainata dağıdıcı zərbə vurmaq və onu məhv etməyə hazırlaşan Tanosa qarşıdura bilmək üçün hər şeyi qurban verməli olacaqlar.

IMAX kameraları haqda


Xəbərə aid fotolar