Azərbaycan sərhədini pozmağa cəhd göstərən 5 xarici vətəndaş saxlanılıb (FOTO)


Digərləri 01 May 2018 09:33:00 232 0

Azərbaycan sərhədini pozmağa cəhd göstərən 5 xarici vətəndaş saxlanılıb (FOTO)

DSX əməkdaşları tərəfindən 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Bakı. Samir Əli - DSX əməkdaşları tərəfindən 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb. Trend-in məlumatına görə, hadisə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunub və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıblar.