NIKOIL | Bank yeni bankomat quraşdırıb


Digərləri 01 May 2018 09:35:08 214 0

NIKOIL | Bank yeni bankomat quraşdırıb

Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank Yasamal rayonu, Abbas Şərifzadə 181 küçəsi ünvanında yerləşən Embawood mağazasında yeni bankomat quraşdırıb.

Bakı. ATM (bankomat) şəbəkəsinin genişləndirilməsi - NIKOIL | Bank-ın müştərilər üçün xidmətlərin təkmilləşdirilməsi proqramının həyata keçirilməsinin əsas istiqamətlərindən biridir. Bankdan Trend-ə verilən məlumata görə, Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank Yasamal rayonu, Abbas Şərifzadə 181 küçəsi ünvanında yerləşən Embawood mağazasında yeni bankomat quraşdırıb. Digərləri kimi 7/24 prinsipi ilə işləyən bu bankomatda da Bank müştəriləri milli və ABŞ dolları valyutasında nağd vəsait çıxarmaq, hesablardan çıxarış almaq, Card to Card və 3DSecure xidmətini aktivləşdirmək kimi əməliyyatları həyata keçirə bilərlər. Qeyd etmək lazımdır ki, Bankın aktiv plastik kart sahibləri SMS vasitəsilə yeni ATM haqqında məlumatlandırılıblar.