Tramp və Makron Suriyanı və İranı müzakirə edib


Dünya 01 May 2018 08:40:00 248 0

Tramp və Makron Suriyanı və İranı müzakirə edib

ABŞ dövlət başçısı Donald Tramp Fransa prezidenti Emanuel Makronla ilə Suriya və İran məsələsini telefonla müzakirə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Prezident Donald Tramp bu gün Fransa prezidenti Emanuel Makronla Suriya və İrana aid hadisələr barədə danışıb", - deyə məlumatda qeyd edilir.