Deputatlar bu gün toplaşır


Siyasət 01 May 2018 08:33:00 274 0

Deputatlar bu gün toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, iclasın əvvəlində Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək.

Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq.

Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.