Deputatlar bu gün toplaşır


Digərləri 01 May 2018 08:00:00 214 0

Deputatlar bu gün toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Bakı. Elçin Mehdiyev - Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, iclasın əvvəlində Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək. Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq. Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin