Alp dağlarında əlverişsiz hava nəticəsində altı nəfər həlak olub


Dünya 01 May 2018 07:54:00 272 0

Alp dağlarında əlverişsiz hava nəticəsində altı nəfər həlak olub

İsveçrənin Alp dağları silsiləsində əlverişsiz hava şəraiti nəticəsində altı nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, daha 5 nəfərin kritik vəziyyətdə olduğu bildirilir.

Məlumata əsasən, onlar şiddətli donvurmaya məruz qalıb.

Fransa, Almaniya və İtaliya vətəndaşlarından ibarət 14 nəfərlik qrupun Alp dağlarına ötən gün axşam saatlarında gəldiyi bildirilir.