Rusiyanın Sietldakı baş konsulluğu üzərindən bayrağı endirilib - VİDEO


Dünya 01 May 2018 07:48:44 279 0

Rusiyanın Sietldakı baş konsulluğu üzərindən bayrağı endirilib - VİDEO

ABŞ rəsmiləri konsulluq binasının qapılarını qırıblar

Rusiyanın ABŞ-ın Sietl şəhərində yerləşən baş konsulluğundan bayrağı endirilib.

“Report” xəbərinə görə, rus diplomatlar binanı tərk edən zaman, oranın Rusiya ərazisi olduğunu nişan vermək üçün ölkə bayrağını bayraq ağacında saxlayıblar.

Aprelin 25-də ABŞ hökumətinin nümayəndələri baş konsulluq iqamətgahının qapılarını qıraraq içəri daxil olublar. Hadisə günün günrta çağı baş verib.