Çinlilər "Windows" və "Android"ə əvəz yaradır


Digərləri 01 May 2018 07:07:00 301 0

Çinlilər "Windows" və "Android"ə əvəz yaradır

Telekommunikasiya sahəsində iri Çin şirkətlərindən biri olan "Huawei" şirkəti öz əməliyyat sistemini yaradır.

Son.az lent.az-a istinadən bildirir ki, məqsəd "Android" və "Windows"u əvəz etməkdir. 

Şirkət öz əməliyyat sistemini 2012-ci ildə yaratmağa başlayıb. Bu zaman ABŞ digər bir Çin şirkəti - ZTE-yə qarşı araşdırmaya başlayıb və bundan sonra şirkətə öz məhsullarında ABŞ texnologiyasından istifadəyə qadağa qoyub.