Qumara görə dostunu öldürdü, sevgilisi ilə birlikdə həbsxanaya göndərildi


Kriminal 01 May 2018 06:30:00 254 0

Qumara görə dostunu öldürdü, sevgilisi ilə birlikdə həbsxanaya göndərildi

Quba rayonunda uşaqlıq dostunu qətlə yetirməkdə ittiham olunan Eşqin Rəsulov və ona bu qətli törətməkdə kömək edən Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Eşqin Rəsulov 18 il, Ramella Əlmuradova isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevin qeyri-rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb.

Onlar birlikdə spirtli içki içiblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı Anar Balayev Eşqin Rəsulovu təhqir edib. Bu zaman Eşqin Rəsulov Anar Balayevi yerə yıxaraq yumruq təpik zərbələri vurmağa başlayıb. Ciddi müqavimət görən Eşqin Rəsulov Ramelladan dostunun əl qolunu bağlamaq üçün ip istəyib.