ABŞ və Fransa prezidentləri Suriya və İranı müzakirə ediblər


Dünya 01 May 2018 05:42:40 249 0

ABŞ və Fransa prezidentləri Suriya və İranı müzakirə ediblər

Söhbətin detalları açıqlanmır

ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron arasında bazar ertəsi telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər Suriya və İranla bağlı məsələləri müzakirə ediblər. Söhbətin detalları açıqlanmır.

Xatırladaq ki, Makron ABŞ-a dövlət səfərindən yeni qayıdıb.