Ağ ev İsrailin İranın "nüvə yalanı" barədə bəyanatını təsdiq edib


Dünya 01 May 2018 03:53:16 317 0

Ağ ev İsrailin İranın "nüvə yalanı" barədə bəyanatını təsdiq edib

ABŞ Netanyahunun İranın nüvə proqramı haqqında bəyanatını şərh edib

İsrailin İranın nüvə silahı işləyib hazırlamasına dair bəyanatı ABŞ-ın çox əvvəl bildiklərini təsdiq edir.

“Report” xəbər verir ki, bu barədə Ağ evin "Twitter" mikrobloqunda yazılıb.

"İsrailin İranın nüvə silahı işləmləri haqqında bəyanatı ilə bağlı: Bu faktlar Birləşmiş Ştatların çox əvvəl bildikləri ilə üst-üstə düşür. İran nüvə silahının gizli işlənmə proqramına malikdir, o bunu dünya ictimaiyyətindən və öz xalqından gizlətməyə çalışsa da, buna nail ola bilmədi", - deyə bəyanatda bildirilir.

Bundan əvvəl Binyamin Netanyahu yerli televiziyada çıxışı zamanı İsrail kəşfiyyatının İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini bildirib.

İranın xarici işlər nazirinin müavini Abbas Araqcı isə cavabında Netanyahunun bu bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb.