Rəsmi Tehran Netanyahunun bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb


Dünya 01 May 2018 02:59:29 285 0

Rəsmi Tehran Netanyahunun bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb

"İran bu cür mühüm sənədləri sahibsiz sənaye anbarında necə saxlaya bilər?"

İranın xarici işlər nazirinin müavini Abbas Araqcı İsrailin baş naziri Binyamin Netanyahunun Tehranın hərbi nüvə sahəsində əldə etdiyi nailiyyətlər barədə bəyanatını "uşaq hərəkəti və mənasız şou" adlandırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

"Netanyahunun etdiyi uşaq hərəkəti və mənasız şoudur və bunu biz artıq son illər müşahidə etmişik, lakin bunu əvvəllər ikiüzlülər qrupu göstərirdi (İranın solçu radikal "İran xalqının mücahidləri təşkilatı" qrupu. – red)", - deyə Araqcı bildirib.

"Bu bəyanat mənasızdır: İran bu cür mühüm sənədləri sahibsiz sənaye anbarında necə saxlaya bilər?", - neyə nazir müavini bildirib.