Nyu-Yorkda silahlı şəxs Trampın otelinə daxil olub


Dünya 01 May 2018 02:03:13 257 0

Nyu-Yorkda silahlı şəxs Trampın otelinə daxil olub

O, ABŞ prezidentinin müşavirinə xəsarət yetirmək istəyib

Manhettendə metal boru ilə silahlanmış şəxs ABŞ prezidenti Donald Trampa məxsus otelə daxil olub.

“Report” "Daily Mail US" nəşrinə istinadən xəbər verir ki, Metyu Pillinq adlı şəxsin Amerika prezidentinin 45 yaşlı kürəkəni və müşaviri Cared Kuşnerə xəsarət yetirmək niyyətində olduğu ehtimal edilir.

Kişi saxlanılıb, onun hərəkəti nəticəsində xəsarət alan olmayıb.