Toydan çıxdı, bıçaqlandı, sonra isə avtomobillə vuruldu Azərbaycanda


Kriminal 30 Apr 2018 23:57:00 236 0

Toydan çıxdı, bıçaqlandı, sonra isə avtomobillə vuruldu  Azərbaycanda

Ağstafa rayonunda bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub.

Son.az report.az-a istinadən bildirir ki, 1962-ci il təvəllüdlü Qazax rayon sakini Ocaqquliyev Qoşqar Eyyub oğlu Dağkəsəmən kəndində qohumunun toy məclisindən çıxdıqdan sonra taksi kimi fəaliyyət göstərən 1974-cü il təvəllüdlü Ağstafa sakini Rövşən Allahverdiyevə yaxınlaşaraq onu aparmasını istəyib.

Daha sonra onların arasında mübahisə düşüb. Bu zaman sürücü sərnişini bıçaqla vurub. Ardınca maşına minən R.Allahverdiyev idarə etdiyi "Nazlifan" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən, maşınla Q.Ocaqquliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.