"Mosu"dan narkotik maddə götürülüb


Kriminal 30 Apr 2018 23:12:15 253 0

"Mosu"dan narkotik maddə götürülüb

Hacıqabulda kriminal dairələrdə "Mosu" ləqəbi ilə tanınan Şirvan sakini saxlanılıb.

Son.az APA-ya istinadən bildirir ki, Hacıqabul polis şöbəsinin (RPŞ) keçirdikləri əməliyyat tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şirvan sakini, 1974-cü il təvəllüdlü Füzuli Bəybala oğlu Mehdiyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı ondan 115 qram qurudulmuş marixuana götürülüb. F.Mehdiyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər kənarında kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.