Azərbaycanda narkotiklərlə bağlı cinayətləri əsasən 30 yaşdan sonra törədirlər


Digərləri 30 Apr 2018 23:00:00 204 0

Azərbaycanda narkotiklərlə bağlı cinayətləri əsasən 30 yaşdan sonra törədirlər

2018-ci ilin 3 ayı ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri açıqlanıb.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin 3 ayı ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Trend-ə verilən məlumata görə, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 887 fakt aşkar edilib. Onlardan 304-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil edilib.