Hər kəsə örnək məktəbli: Tapdığı böyük məbləğdə pulu sahibinə verdi VİDEO


Digərləri 30 Apr 2018 22:49:00 254 0

Hər kəsə örnək məktəbli: Tapdığı böyük məbləğdə pulu sahibinə verdi  VİDEO

Tapdığı böyük məbləğdə pulu sahibinə verdi. 15 yaşlı məktəblinin etdiyi hərəkət böyük rəğbətlə qarşılanıb.

Son.az bildirir ki, maraqlı hadisə Tovuzda baş verib. Rayonun Əyyublu kənd sakini 8-ci sinif şagirdi İdris Abbasov məktəbdən qayıdarkən inşaat malları mağazasının qarşısından portmatan tapıb. Pul qabını açarkən içində xeyli pul və sənədlər olduğunu görüb. Yeniyetmə taapdığı pulları sənədlər və pul qabı ilə birlikdə yaxınlıqdakı obyektin sahibinə təqdim edib.

Uşağın bu hərəkətini yüksək qiymətləndirən mağaza sahibi məktəbliyə etdiyi jestə görə mükafat qismində pul təklif etsə də, İdris Abbasov bundan imtina edib.

Pul qabını itirən isə elə həmin kəndin sakini Nicat Əhmədov adlı gənc olub.