Bu virus hamiləliyin düşmənidir


Digərləri 30 Apr 2018 22:53:00 261 0

Bu virus hamiləliyin düşmənidir

Sitomeqalovirusun adı az eşidilsə də, müasir dövrdə tez-tez rast gəlinən virusdur. Bu virus hər bir insanın orqanizmində uşaqlıq dövründən mövcuddur. Virus özünü daha çox hamiləlik zamanı büruzə verir. Sitomeqalovirus herpes ailəsinə aid olub, çox təhlükəlidir. Yer üzündəki insanların 80 faizində sitomeqalovirus var. 

Son.az axşam.az-a istinadən bildirir ki, bu virus tibb elminə 1956-cı ildən məlumdur. Amma onun nə səbəbdən meydana gəldiyi və birdəfəlik müalicəsi hələ də öyrənilməyib. 

Hamiləlik zamanı virus cift vasitəsilə körpəyə keçə bilər. Bu isə körpədə inkişaf geriliyi, göz zəifliyi, eşitmə itkisi, qaraciyər və dalaqda böyümə, anemiya, sarılıq, diş anomaliyaları, sümük deformasiyası kimi xəstəliklərin yaranmasına səbəb olur. Virus nəticəsində yaranan bu problemlərin əksəriyyəti doğumdan dərhal sonra müşahidə edilsə də bəzi fəsadlar körpə böyüdükdən sonra ortaya çıxır. Belə körpələr əsasən azçəkili doğulurlar.  Sitomeqalovirus orqanizmdə daim qalır. Müalicə yaxşı aparılarsa, körpəyə virusun yoluxması 1 faiz ola bilər. Onun tamamilə təmizlənməsi mümkün deyil. 

Virusun yoluxma səbəbləri: · Tüpürcək · Sidik · Nəcis · Hava-damcı yolu · Ana südü · Vaginal ifrazat · Sperma · Cinsi əlaqə · Qan nəqli · Yuyulmayan meyvə

Əlamətləri: Virus çox vaxt əlamətsiz ötüşür. Əlamətlər daha çox hamiləlik dövründə özünü göstərir: · Yüksək hərarət · Boğaz ağrısı · Limfa vəzilərinin şişməsi · Oynaq ağrıları · İmmunitetin aşağı düşməsi

Müalicəsiz qalan virus: İnfeksiyanın müalicə edilməməsi hamiləliyin vaxtından tez pozulmasına, güclü baş ağrılarının yaranmasına, yaddaşın zəifləməsinə gətirib çıxarır.