Arıçını ilan sancıb


Digərləri 30 Apr 2018 21:50:00 325 0

Arıçını ilan sancıb

Qaxda arıçını ilan sancıb.

Son.az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 19:30 radələrində Balakən rayonu Katex kənd sakini 1970-ci il təvəllüdlü Şahid Nəcbələddin oğlu Havalayev ilan sancması xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, arıçılıq təsərrüfatı ilə məşğul olan Şahid Havalayev Alazan çayının Qax rayonu ərazisindən keçən hissəsində, çay sahilinə özünə məxsus arı ailələrini yerləşdirmək üçün ərazidə təmizlik işləri aparan zaman ilan qəfildən onun sağ əlin ikinci barmağını sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şahid Havalayevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.