Xalq artisti: "Ərköyünlük edirəm..." FOTO


Kriminal 30 Apr 2018 21:27:00 499 0

Xalq artisti: "Ərköyünlük edirəm..."  FOTO

Xalq artisti Laləzar Mustafayeva ömrünün 30 ilini teatra həsr edib. Aktrisa Son.az-a açıqlamasında bu illər ərzində çəkdiyi çətinlikdən danışıb.

"Bu 30 il ərzində elə bir günüm olmayıb ki, hansısa axşam mənim tamaşam var, mən o gün başqa bir işlə məşğul olum. Bütün fikrimi tamaşaya yönəldirəm. Bütün günü heç bir işlə məşğul olmuram, bir az ərköyünlük edirəm, özümə qulluq edirəm. Çox rahat və heç bir kosmetika etmədən durub teatra gəlirəm, güzgünün qabağında oturub, qrimimi edib, sözlərimə baxıram. Həqiqətən də teatrda işləmək çətin də olsa qürurvericidir. Həm də məsuliyyətlidir", - deyə xalq artisti bildirib.


Xəbərə aid fotolar