UNİKAL YAPIŞQAN: Sümük sınıqlarını 5 dəqiqəyə birləşdirəcək


Digərləri 30 Apr 2018 21:12:00 261 0

UNİKAL YAPIŞQAN: Sümük sınıqlarını 5 dəqiqəyə birləşdirəcək

Sınıqların müalicəsi 12 həftəyədək davam edə bilər. Əgər aşağı ətraflar xəsarət alıbsa, insan uzun müddət uzanıqlı vəziyyətdə qalmağa, yaxud qoltuqağacından istifadə etməyə məcbur olur. "The Daily Mail" yazır ki, İsveç alimləri sınığı cəmi 5 dəqiqəyə birləşdirən unikal yapışqan hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uzun illərdir stomatoloqlar sınmış dişlərin yapışdırılmasını təcrübədən keçirirlər. Lakin mövcud olan yapışqanlar sümükləri birləşdirmək üçün yararlı olmayıb. Onlar gah çox gec donub, gah da immun sistemi tərəfindən qəbul edilməyib. Yeni yapışqan növü əvvəl istifadə olunandan 55 faiz effektlidir.