Firudin Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək


Kriminal 30 Apr 2018 20:24:00 299 0

Firudin Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

7 may saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli opera ifaçısı, aktyor Firudin Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Gecədə, Akademik Opera və Balet Teatrının solistlərinin ifsında Qərbi Avropa əsərilə yanaşı Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

İfaçıları Cavad Tağızadənin dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun "Niyazi" adına simfonik orkestr müşayiət edəcək.