"Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?" VİDEO


Digərləri 30 Apr 2018 19:55:14 216 0

"Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?"  VİDEO

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə daha bir sosial çarx hazırlayıb.

Son.az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, "Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?" mövzusunda sosial çarx yayımlayan qurum bununla istehlakçıları şəkərdən düzgün istifadəyə səsləyir.

Yüksək miqdarda şəkər qəbulunun insan sağlamlığında törədə biləcəyi xəstəliklərə diqqət çəkən AQTA istehlakçıları qida rasionunda şəkər istifadəsini azaldaraq sağlam qidalanmaya dəvət edir.