Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəd olub


Dünya 30 Apr 2018 19:45:27 281 0

Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəd olub

Nikol Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəddir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

"Yelk" fraksiyası ölkə konstitusiyasının müddəalarına əsasən, Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur", - məlumatda qeyd olunub.