Blokada şəraitində inkişaf


Dünya 30 Apr 2018 19:20:00 285 0

Blokada şəraitində inkişaf

Ermənistanda "Mənim addımım" etiraz hərəkatının lideri, sabah parlament tərəfindən baş nazir seçiləcəyi gözlənilən Nikol Paşinyan indiki blokada şəraitində ölkə iqtisadiyyatının inkişaf imkanları barədə öz baxışlarını açıqlayıb.

Son.az bildirir ki,virtualaz.org erməni KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan Azərbaycan və Türkiyə tərəfdən blokadanın qaldırılmasına ümid etmədiyini, iqtisadiyyatın bu şəraitdə inkişafına nail olmağa çalışacağını deyib.

"Biz arzuolunanlara deyil, reallıqlara əsaslanmalıyıq. Azərbaycan və Türkiyədə gedən proseslər bizə blokadanın götürüləcəyinə ümid etmək üçün əsas vermir. Biz iqtisadiyyatımızı indiki şərtlərdə daha effektiv etməliyik. Mən informasiya texnologiyalarının inkişafını nəzərdə tuturam. Ümid edirəm ki, son hadisələr Ermənistana investisiyaların cəlb edilməsi üçün zəmin yaradıb. Biz biznesə məsələləri rəqabət şəraitində həll etmək imkanı yaratmalıyıq", - Paşinyan bildirib.